Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər RİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

02 sentyabr 2022 | 18:07

   02.09.2022-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şuranın üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Xəzər RİH başçısı Elşən Salahov, YAP-i Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov və İctimai Şuranın üzvləri iştirak etmişdirlər.

   Görüş zamanı İctimai Şuranın gələcək fəaliyyəti haqqında fikir mübadiləsi aparılmış, ictimai iştirakçılığın məqsəd və vəzifələri Şura üzvlərinin diqqətinə çatdırılmışdır. İctimai Şuranın fəaliyyəti üçün hər cür şəraitin olduğunu qeyd edən RİH başçısı cənab E.Salahov, dövlət siyasətinin həyata keçirilməsində, şəffaflıq prinsipinin təmin olunmasında, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllində, vətəndaşların istək və təkliflərinin, həmçinin problemlərinin toplanaraq yerli icra hakimiyyəti orqanına təqdim olunmasında onların rolunun böyük olduğunu vurğulamışdır. İctimai rəyin öyrənilməsi məqsədilə yerlərdə görüşlərin keçirilməsi, əhalini maraqlandıran bütün məsələlər toplanaraq təkliflər paketi şəklində RİH-ə təqdim olunması Şura üzvlərinə tapşırılmışdır. Çıxışın sonunda RİH başçısı Şuranın fəaliyyətinə uğurlar arzulamış və onların fəaliyyətinə RİH tərəfindən yüksək səviyyədə dəstək veriləcəyini vurğulamışdır.

   Daha sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə “BakuAqroPark”ın İcraçı direktoru Tahir İskəndərov sədr seçilib. İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov dövlət qurumları yanında yaradılan İctimai Şuraların önəminə toxunaraq, yerlərdə əhali ilə keçirilən görüşlərin ölkədə aparılan dövlət siyasətinin geniş təbliğ olunmasına köməklik göstərəcəyini qeyd etdi.

Keçidlər