Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Zirə qəsəbəsində Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olunub

06 aprel 2024 | 18:39

  6 aprel tarixində  Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə qəsəbəsində növbəti iftar süfrəsi təşkil olunub.

  Fondun dəstəyi ilə hər il təşkil olunan iftar süfrəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Deputatlı Soltan Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  Tədbirdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən qayğıdan söz aşılıb, eyni zamanda respublikamızda dövlət-din münasibətlərinin daima multikultural dəyərlərə əsaslandığını qeyd edilib.

   Həmçinin, bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.       

   İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhlarına dualar oxunub.

Keçidlər