Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun ümumtəhsil müəssisələrində "Son zəng" çalınıb

13 iyun 2026 | 11:25

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, bu gün respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Xəzər rayonunda da "son zəng" çalınıb.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirlər yüksək əhval-ruhiyyə ilə davam edib. Məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları kompozisiyalar tədbirə xüsusi rəng qatıb. Çıxışlarının sonunda məktəb rəhbərliyinə və onlara bələdçilik edən, əməyi keçən müəllimlərə təşəkkür edən məzunlar, Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, keçirilən "son zəng" tədbirlərində ənənəvi olaraq Xəzər Rayon İcra Hakimiyyəti başçısının məsul işçiləri və əməkdaşları, qəsəbə nümayəndələri, eləcə də bələdiyyə sədrləri iştirak ediblər. Qonaqlar bu əlamətdar gün münasibətilə müəllim və şagirdləri təbrik edərək, müstəqil həyatın astanasında duran məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmaq yolunda çalışmağı tövsiyə ediblər.

Keçidlər