Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Binə qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

30 oktyabr 2023 | 16:54

   Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və NEQSOL Holding-in maliyyə dəstəyi ilə Binə qəsəbəsinin sosial-iqtisadi infrastrukturunun inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə ki, qəsəbənin 112-ci Binə küçəsində yol infrastrukturu yenidən qurularaq cari ilin oktyabr ayında istifadəyə verilmişdir.
   Təmir-tikinti işləri çərçivəsində əsas və məhəllə yollarına, həmçinin yaşayış evlərinin qarşısına 4600 kv.metr asfalt örtüyü vurularaq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə uzunluğu 580 metr olmaqla xətlənmə işləri aparılmışdır. Bundan əlavə, qeyd olunan ünvanda sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 272 p/m səki daşları düzülmüşdür.
   Eyni zamanda sözügedən ünvanda təmizlik və abadlıq işləri çərçivəsində 4750 kv.metr ərazidə təmizlik və qazma işləri aparılmış, hörgü və suvaq işləri görülmüşdür.

Keçidlər