Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrində yolların təmiri işləri həyata keçirilmişdir

26 avqust 2025 | 10:00

     Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonun Binə qəsəbəsi, 183-cü Binə küçəsində, Qala qəsəbəsi, 132, 138 və 152-ci Qala küçələrində, həmçinin Buzovna qəsəbəsinin Ayna Sultanova və Leyla Bədirbəyli küçələrində yolların təmiri işləri həyata keçirilmişdir.

     Sözügedən küçələr əsasən torpaq əsaslı olduğu üçün xüsusilə payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılmışdır.

 

http://www.aayda.gov.az/az/news/6971/xezer-rayonu-bine-qesebesinde-183-cu-bine-kucesi-temir-olunur 

Keçidlər