Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Zəfər Günü” münasibətilə təhsil müəssisələrində silsilə tədbirlər keçirilib

07 noyabr 2023 | 09:11

 “8 Noyabr-Zəfər Günü” münasibətilə rayonda silsilə tədbirlər davam etdirilib. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun birgə təşklilatçılığı ilə 02 noyabr 2023-cü il tarixində Binə qəsəbəsində yerləşən 149 №li tam orta məktəbdə Zəfər  Gününə həsr olunmuş şahmat turniri keçirilib. Şagirdlərin canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan turnirdə ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 nəfər şagird arasında keçirilən yarışda dərəcəlilər arasında sözügedən məktəbin şagirdləri Ağazadə Şükür I yer, Xudiyev Fərid II yer, Salayeva Banu III yerə, dərəcəsizlər arasında isə Abbaszadə Ləman I yer, Quliyev Röyal II yer, Nəbizadə Meral III yerə layiq görülmüşlər. Tədbirin bədii hissəsində məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib. Sonda qaliblərə Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.

  Bundan əlavə  “8 Noyabr-Zəfər Günü” ərəfəsində Xəzər Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun birgə təşkliatçılığı ilə rayonun bir sıra təhsil müəssisələrinin həyətyani sahəsində “Əbədi Qəhrəmanlar” devizli “Hər şəhidə bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib.
  Aksiya Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
  Layihənin keçirilməsində məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarət olub.
   Həmçinin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin hamımız üçün əziz, daim şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərilməsinin vətəndaşlıq borcumuz olduğu şagirdlərin diqqətinə bir daha çatdırılıb.
   Aksiya çərçivəsində Vətən Müharibəsində şəhid olmuş Qəhrəmanların adlarına 500-ə yaxın ağac əkilmişdir.

Keçidlər