Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda yerləşən bir sıra məktəblərdə peşə təmayüllü siniflər yaradılıb

13 mart 2024 | 17:25

    13 mart 2023-cü il tarixində RİH başçısı Elşən Salahov Mərdəkan qəsəbəsində yerləşən 181 №li məktəbdə pilot layihə kimi yaradılan peşə təmayüllü sinif şagirdlərinin müxtəlif əl işləri ilə tanış oldu. Baxış zamanı aqronomluq profili üzrə mütəxəssis Hicran Kərimova və dərzilik profili üzrə mütəxəssis Gülsara İskəndərova şagirdlərin hazırladıqları əl işləri və onların hazırlanma qaydası barədə ətraflı məlumat verdilər. Məktəbin direktoru Pərvanə Məmmədova bildirdi ki, layihənin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.
    Məlumat üçün qeyd edək ki, hazırda Xəzər rayonunda 8 tam orta məktəbdə 11 peşə təmayüllü sinif fəaliyyət göstərir. Bu siniflər 117, 120, 234 №li tam orta məktəblərdə 2019-2020-ci, 88, 123, 181, 185, 262 №li tam orta məktəblərdə isə 2023-2024-cü tədris ilində yaradılmışdır. Həmin siniflər müxtəlif peşə sənəti avadanlıqları ilə təmin edilib. Burada əsas məqsəd yuxarı sinif şagirdlərinin peşə yönümlü istiqamətlərini aşkarlamaq və elə orta məktəbdə ilkin biliklər aşılamaqdır. IX sinfi bitirmiş 220 nəfər şagird X-XI siniflər üzrə peşə təmayüllü siniflərdə İT Help-Desk, kombi-kondisioner ustası, mebel ustası, kompyuter operatoru, dərzilik, qənnadçı, aqronom, aşbazlıq profilləri üzrə peşələrə yiyələnirlər. Orta məktəbi bitirən məzunlar tam orta təhsil haqqında attestatla yanaşı profiləri üzrə oxuduqları ixtisasdan sertifikat əldə edirlər.

Keçidlər