Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib

21 oktyabr 2024 | 16:56

   Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Xəzər rayonunda növbəti ağacəkmə aksiyaları keçirilib.
  Aksiyalara hazırlıq mərhələsində rayon icra hakimiyyəti tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə ünvanlarda yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
   Görülən işlər çərçivəsində müvafiq olaraq Binə qəsəbəsi, 81-ci Binə küçəsində və Türkan qəsəbəsində geniş tərkibli ağacəkmə aksiyaları keçirilib.
   Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyalarda  Rayon  İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Aksiyaların iştirakçıları tərəfindən ərazidə müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
   Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi  nəzərdə tutulur.

 

 

Keçidlər