Xəzər rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə tədbirləri davam etdirilir
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Xəzər rayonunun müvafiq olaraq Buzovna, Mərdəkan, Şüvəlan və Zirə qəsəbələrində müxtəlik növ ağac və gül kollarının əkilməsi işləri davam etdirilir.
Müxtəlif ərazilərdə əkilən ağac və gül kollarına rayon icra hakimiyyəti tərəfindən aqrotexniki qulluq göstərilir, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülür.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.