Xəzər rayonunda yaşayan Çernobıl iştirakçılarının ailələri ziyarət olunub
27 aprel 2024 | 12:59
26-Aprel Çernobıl faciəsinin 38-ci il dönümü ilə əlaqədar olaraq Xəzər rayonunda yaşayan Çernobıl hadisələrində zərər çəkən rayon sakinləri ziyarət olunaraq onlara ərzaq payları verilmişdir.
Çernobıl iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.