Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın ailə üzvləri ilə görüş keçirilimişdir

26 fevral 2024 | 10:01

  Xocalı Soyqırımının 32 -ci ildönümü ilə əlaqədar Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın ailə üzvləri ilə görüş keçirilib.
  Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xəzər rayon bölməsinin müdiri Şəhla Xələfova, İctimai Şuranın üzvü şəhid atası Etiqad Nəhmətov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mansurov Elçin Elşən oğlunun anası Məleykə Məcidova, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül  Səlimov və Xocalıdan olan şəhid ailələri iştirak ediblər.
   İştirakçılar Xocalı faciəsində həlak olmuş soydaşlarımızın, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Xocalı faciəsinin dəhşətləri və ermənilərin insanlığa sığmayan cinayət əməlləri barədə danışıb.  44 günlük Vətən Müharibəsində qazanılan zəfərə toxunan E.Salahov bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəsələr də, ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdiyini, qəhrəmanlıq və dəyanət göstərdiyini vurğulayıb.
    Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülmüş işlər barədə ətraflı məlumat verib.
   Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və şəhid anası Məleykə Məcidova çıxış edərək bildiriblər ki, Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində əbədi həkk olunub. Lakin  44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu erməni işğalçılarına tarixi bir dərs verdi və şəhidlərimizin qanı yerdə qalmadı.
    Daha sona Xocalı faciəsində həlak olmuş soydaşımız Maral Hüseynovanın anası Məlahət Hüseynova çıxış edərək öz gözləri ilə Xocalıda gördüyü dəhşətli anlardan danışıb, faciə nəticəsində qəhrəman oğul və qızlarımızın həlak olmasının heç bir zaman unudulmayacağını bildirərək, Xocalı sakinlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Sonda Xocalı faciəsində həlak olmuş soydaşlarımızın ailələrinə Xəzər RİH tərəfindən ərzaq yardımları təqdim olunub.

Keçidlər