Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanı – şəhid Ramiz Qasımovun xatirəsi yad edilib

18 fevral 2023 | 10:35

    17 fevral 2023-cü il tarixində Qala qəsəbəsində yerləşən 216 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımovun doğum günü münasibəti ilə tədbir keçirilib.
     Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətnin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının      Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş, rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qulluq etdiyi hərbi hissənin nümayəndələri iştirak edib.
    Qonaqlar öncə şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlının məktəbin foyesində təşkil olunmuş rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olublar.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
     Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirib, bədii və rəqs kompozisiyaları nümayiş etdirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” qısametrajlı filmi nümayiş olunub.
      Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov iştirakçıları salamlayaraq, bu zəfəri bizlərə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və vətənpərvər oğullar yetişdiriklərinə görə şəhid və qazi ailələrinə minnətdarlığı bildib. 44 günlük       Vətən müharibəsindən söz açan Elşən Salahov sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edib. Xəzər Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhid ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılaraq, onların problemləri ilə daim yaxından maraqlanıldığını vurğulayıb.
     Çıxış edən Lalə Azərtaş şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışaraq film barədə məlumat verib.
     Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər