Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin anım mərasimləri keçirilib

11 oktyabr 2025 | 15:41

    Vətən Müharibəsində şəhid olmuş  Axundov Mirzə Müsa oğlunun,  Əliməmmədov Elçin Mehman oğlunun, Eyniyev Tərlan Gölşad oğlunun, Şiriyev Rəşad Rasim oğlunun, Kərimov Mustafa Mais oğlunun, Kazımov Əmir İlham oğlunun, Əhmədov Natiq Namik oğlunun  və Vətən müharibəsi Qəhrəmanı Mansurov Elçin Elşən oğlunun anım mərasimləri keçirilib.
   Anım mərasimlərində İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, RİH başçısının müavini, şöbə müdirləri,  şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Anım mərasimlərində  Vətən müharibəsi şəhidlərimizin məzarları üzərinə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
  Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
    Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.

Keçidlər