Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən Müharibəsi Şəhidlərinin anım mərasimləri qeyd olunub

24 oktyabr 2022 | 11:22

    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov və Rayon İcra Hakimiyyətinin nümayəndələri 44 günlük Vətən Müharibəsinin ikinci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət ediblər.

   Türkan qəsəbəsindən şəhid Şiriyev Rəşad Rasim oğlunun, Şağan qəsəbəsindən şəhid Məmmədbəyli Natiq Vahid oğlunun, Mərdəkan qəsəbəsindən şəhid Yusifov Ağaəli Vaqif oğlunun, Buzovna qəsəbəsindən şəhid İsmayılzadə Vüsal Albəndə oğlunun, Binə qəsəbəsindən şəhid Quluzadə Qurbanəli Elşad oğlu, Zirə qəsəbəsindən  şəhid Qədirov Emin Asif oğlu, Novruzov Şəhnin Şahlar oğlunun, Əliməmmədov Elçin Mehman oğlu, Şüvəlan qəsəbəsindən şəhid Hacıyev Kamran Füzuli oğlunun ailələri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb.

  Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

   Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

   Qeyd edək ki, Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.

Keçidlər