Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

30 may 2024 | 18:52

   Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Uşaq Flarmoniyasının birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert tədbiri keçirilib.
 Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Uşaq Flarmoniyasının direktoru Dilarə Əliyeva, rayon təhsil müəssisələrinin şagirdləri, şəhid və qazi övladları iştirak ediblər.
  Konsertdə Filarmoniyanın nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru, Vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblının solistləri maraqlı musiqi nömrələri ilə çıxış edərək tamaşaçılara rəngarəng musiqili kompozisiyalar təqdim ediblər.
  Tədbirdə çıxış edən qonaqlar uşaqları təbrik edib, təşkil olunmuş konsert proqramına görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirərək uğurlar arzulayıblar. Sonda gənc istedadlarla xatirə şəkli çəkilib.

Keçidlər