Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırığa uyğun olaraq, aprel ayının 11-i səhər saatlarından etibarən Xəzər rayonunda növbəti genişmiqyaslı iməclik keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Rayon Yaşıllaşdırma Sahəsi, rayonun təhsil-səhiyyə, idarə və müəssisələrin kollektivləri cəlb edilməklə, o cümlədən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və qəsəbə bələdiyyələrinin iştirakı ilə rayonun bütün qəsəbələri əhatə olunmaqla təmizlik və abadlıq işləri görülüb.
Təşkil olunan iməclik zamanı rayon infrastrukturunun təmizliyinə xüsusi diqqət yetirilib. Belə ki, iməclik çərçivəsində əsas prospekt və küçələr, səkilər, yol kənarı bordürlər, işıq dirəkləri və məhəccərlərlə yanaşı, parklardakı oturacaqlar da yuyularaq təmizlənib, yaşayış massivlərində abadlıq işləri aparılıb.
Eyni zamanda Rayon Yaşıllaşdırma Sahəsinin əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib.






