Xəzər rayonunda “Ulu Öndər Heydər Əliyevin irsi mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Heydər Əliyev ili elan olunması barədə 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Xəzər rayonunda silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
5 may 2023-cü il tarixində Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyasının Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir rəsmi qonaqların foyedə rəsm sərgisi ilə tanış olması ilə başlanılmış, daha sonra çıxış edən qonaqlar şagirdlərə Heydər Əliyev irsi barədə dolğun məlumat vermişdir.
Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin hazırladıqları “Biz ev tikirik” adlı ədəbi-bədii kompozisiya nümayişi ilə davam etdirilən tədbirdə Ümumilli Liderin və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın kərpic-kərpic qurularaq müasir və güclü dövlətə çevrilməsi mahnı, şeir və rəqslərlə vahid süjet halında təqdim olunmuşdur.
Sonda gimnaziyanın direktoru Tural Mirzəliyev çıxış edərək iştirakçılara təşəkkür etmişdir.