Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xəzər rayonunda Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “Milli Qurtuluşdan Müstəqil Azərbaycana” adlı tədbir keçirildi

14 iyun 2025 | 11:33

    Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı aparatının müavinləri, şöbə müdirləri, təhsil, səhiyyə, idarə-müəssisə rəhbərləri, RİH başçısının İnzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyəti iştirak edirdi.
     Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının inzibati binasında keçirilən tədbiri RİH başçısı E.Salahov açaraq Ulu öndərin dövlətçilik yolundan geniş məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev  Yeni Azərbaycanın qurucusudur. Xalqın dahi oğlu    Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritmiş və bütün ömrünü doğma xalqına həsr etmişdir. Bu gün onun siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütövləşmiş Azərbaycanı dünyaya tanıtmış və dünyanın diqqətini ölkəmizə yönəltməyi bacarmışdır.
     YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açıb, 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu qeyd edib. N.Əhmədov bu günün tarixi əhəmiyyətini qeyd edərək, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb və son onilliklər ərzində qazanılan uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıb.
    Dendrologiya Bağının direktor müavini Samirə Bağırova və Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxışlarında Ulu Öndər tərəfindən müstəqil Azərbaycan ideyasının əsasları bərpa edilərək daha da möhkəmlənməsindən bəhs etdilər.
    Tədbirdə həmçinin qonaqlara Qurtuluş Gününün ictimai, siyası və tarixi əhəmiyyətindən bəhs edən film nümayiş edilmişdir. 
    Sonra Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular.
     Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə sona çatdı.

 

Keçidlər