Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Son zəng” qeyd olunub

14 iyun 2024 | 07:54

    Şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, şəhid ailələri, müəllim və şagird kollektivi iştirak ediblər. 
   “Son zəng” tədbiri ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respubikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
    Tədbirdə çıxış edən Emin Əmrullayev ölkə üzrə 4 mindən çox məktəbdə “Son zəng” tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Nazir “Böyük Qayıdış”la yenidən canlanan, müasir məktəblərin fəaliyyət göstərdiyi işğaldan azad edilmiş torpaqlarımızda da bir neçə gəncin məzun olduğunu vurğulayıb.  216 nömrəli məktəbdə daha çox hərbçi övladlarının təhsil aldığını vurğulayan nazir bu gün məzun olan şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun qızı Gülanə Qasımlının timsalında bütün məzunları təbrik edib. Nazir gənclərə həyatlarının yeni qədəm qoyduqları bu mərhələsində uğurlar arzulayıb.
    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması hər zaman dövlətin diqqət mərkəzində saxlanılaraq qadığı ilə yanaşıldığını qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edən E.Salahov, bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektivin və eləcə də şagirdlərin bu qayğının əhatəsində olduğunu vurğulayıb. Rayon rəhbəri əldə edilən təhsil uğurlarına, eləcə də bu tədbirin təşkilinə görə məktəbin pedaqoji kollektivinə təşəkkürünü bildirdi.
   Məktəbin direktoru Səidə Rəhimova çıxışında bu il təhsil müəssisəsini 43 şagirdin bitirdiyini qeyd edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
   Tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam edib.

Keçidlər