Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda səhiyyə işçiləri ilə görüş keçirilib

02 sentyabr 2022 | 18:09

   02 sentyabr 2022-ci il tarixində Xəzər rayonu “Xəzər Tibb Mərkəzi”ndə səhiyyə işçiləri ilə görüş keçirilib. Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP İdarə Heyətinin üzvü, Millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov  iştirak etmişdirlər.  

   Görüşü YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov açaraq, Ulu öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsindən, Xəzər rayonun səhiyyəsində əldə edilən uğurlardan ətraflı söz açıb. Ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışan Namiq Əhmədov qəbul olunan qərarlar nəticəsində bu gün vətəndaşların sosial müdafəsinin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində əsaslı uğurlar əldə olunduğunu vurğulayıb. O, çıxışını davam etdirərək, uğurlu siyasətin nəticəsi kimi ölkəmizin səhiyyə sahəsində çalışan siyasi fəalların da partiyanın sıralarında çoxluq təşkil etdiyini vurğulayıb.

   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edib. Ulu Öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısının bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Elşən Salahov səhiyyəyə göstərilən qayğı nəticəsində əldə edilən uğurlardan söz açmış, səhiyyə işçilərinin daim ölkə prezidentini dəstəkləyərək onun həyata keçirdiyi siyasətdə fəal iştirak edəcəyini əminliklə vurğulayıb.

  YAP İdarə Heyətinin üzvü, Millət vəkili Rauf Əliyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuz sahibi olan dövlətlərindən biridir. Ölkəmizin uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Heç şübhəsiz ki, bütün bunların mahiyyətində İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır.

  Görüş maraqlı diskussiya şəraitində keçib, həkimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Keçidlər