Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Şəhidlərin il dönümü qeyd olunub

02 oktyabr 2026 | 15:42

        Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, respublikamızın bütün bölgələrində olduğu kimi, Xəzər rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş şəxslərin ailələrinə diqqət və qayğı göstərilir.
      Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri tərəfindən şəhid Allahverdiyev Allahverdi Əli oğlu, Vəliyev Müslüm Vəliağa oğlu,  Səlimov Cəmil Oqtay oğlu, Şirvani Həsənağa Bəhruz oğlu və Abdullayev Tural Şakir oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar keçirilən anım mərasimlərində iştirak edilmişdir.
    Anım mərasimlərində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, onların keçdiyi şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri qəhrəmanlıqdan bəhs edilmişdir.

Keçidlər