Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhidlərimiz anım günlərində yad edilib

10 oktyabr 2024 | 09:18

    Şanlı qələbə qazandığımız Vətən Müharibəsində düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan igidlərimizin, anım mərasimləri keçirilib. Anım tədbirlərində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH-in məsul əməkdaşları,  YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov,  şəhid ailələri iştirak edib.
     Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Abbasov Aslan Vəliyəddin oğlu və Kazımov Əmir İlham  oğlunun  ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanılıb,  ailə üzvləri ilə birgə məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, üzərlərinə çiçəklər düzərək xatirələri ehtiramla yad edilib. Şəhid ailələri ilə görüşdə RİH başçısı Elşən Salahov düşmən üzərində qazanılan şanlı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə xalqımızın 30 illik vətən həsrətinə son qoyularaq Azərbaycanımızın ərazi bütövlüyünün tam təmin olduğunu qeyd etmişdir. Şəhid ailələri də öz növbələrində onlara  daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının    Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər