Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhidlər il dönümü günlərində yad edilmişdi.

07 noyabr 2023 | 15:51

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş şəxslərin ailələrinə diqqət və qayğı göstərilir.
  Vətən Müharibəsi şəhidlərinin üçüncü ildönümü ilə bağlı Xəzər RİH-nin başçısı Elşən Salahov, müavinlər və Aparatının şöbə müdirləri tərəfindən ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhid Mehdiyev Samir Vaqif oğlu, şəhid Əliyev Murad Hüseyn oğlu, şəhid Feyzizadə Toğrul İlqar oğlunun ailələri ziyarət edilərək, onları narahat edən məsələlər öyrənilib və həlli nəzarətə götürülüb.
  Görüş zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.
  Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər