Xəzər rayonunda şəhidin doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən Müharibəsində şəhid olmuş Nuriyev Hikmət Mübariz oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Görüş zamanı şəhid Nuriyev Hikmət Mübariz oğlunun xatirəsi yad edilib, 44 günlük Vətən Müharibəsi dövründə keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub. Vurğulanıb ki, şəhidimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.