Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid Həsənağa Şirvaninin doğum günündə xatirəsi ehtiramla yad edilib

24 aprel 2026 | 12:33

   23 aprel 2026‑cı il tarixində Xəzər Gənclər Evinin təşkilatçılığı ilə Binə Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Həsənağa Bəhruz oğlu Şirvaninin doğum günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhid ailələri, ictimaiyyət nümayəndələri, gənclər və məktəblilər iştirak etmişlər.

   Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhadətə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra şəhidin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunmuş, ardınca bədii hissə təqdim edilmişdir. 218 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş, musiqi nömrələri ifa etmişlər.

     Çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişdir. Rayon rəhbəri şəhidlik zirvəsinin xalqımız üçün qürur mənbəyi olduğunu vurğulayaraq, qəhrəmanlarımızın Vətən müharibəsindəki şücaətinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişdir.

    Şəhidin anası çıxış edərək tədbirin təşkilinə və göstərilən yüksək ehtirama görə minnətdarlığını ifadə etmiş, övladının xatirəsinin uca tutulmasının onun üçün böyük təsəlli olduğunu vurğulamışdır.

    Qeyd edək ki, Həsənağa Şirvani Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər