Xəzər rayonunda şəhid ailələri ziyarət olunmuşdur
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayon İcra Hakimiyyətinin nümayəndələri 44 günlük Vətən Müharibəsinin ikinci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət ediblər.
Mərdəkan qəsəbəsindən şəhid Abdullazadə Qasım Əli oğlunun, Buzovna qəsəbəsindən şəhid Salmanov Vüsal Yahya oğlunun, Şağan qəsəbəsindən şəhid Kazımov Əmir İlham oğlu və şəhid Əliyev Orxan Ədalət oğlunun, Binə qəsəbəsindən şəhid Abbasov Aslan Vəliyəddin oğlu, şəhid Süleymanov Azər Haqverdi oğlu, şəhid Əhmədov Natiq Namiq oğlu və şəhid Məmmədov Nahid Vahid oğlunun ailələri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb.
Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.