Xəzər rayonunda şəhid ailələri bayram münasibətilə ziyarət edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Xəzər rayonunda şəhid ailələrinə daim xüsusi qayğı göstərilir. Bu qəbildən olan ailələr mütəmadi olaraq ziyarət edilir, onların ehtiyacları öyrənilir və qaldırılan məsələlərin operativ həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Müqəddəs Ramazan bayramı münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ailələri ziyarət olunmuş və onlara bayram sovqatları təqdim edilmişdir.
Şəhid ailələri onlara göstərilən davamlı diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, əlamətdar günlərdə yad olunmalarını razılıq hissi ilə qarşılayıblar.






