Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid ailə üzvlərinin peşə yönümündə inkişafına dəstək məqsədilə tədbir keçirilmişdir

30 avqust 2023 | 17:59

    30 avqust 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin iştirakı ilə “Sənətkarlığın sosial-iqtisadi inkişafında yaradıcı qadınların rolu” adlı tədbir keçirilib.
   Təhsil Mərkəzində baş tutan tədbirdə Xəzər RİHB-nın müavini Lalə Əhmədova və RİH başçısı Aparatının əməkdaşları, “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova və təşkilatın idarə heyətinin üzvü Leyla Musayeva Xazari, Mərkəzin direktoru Pərviz Həmzəyev və şəhid ailələrinin üzvləri iştirak ediblər.
   “Heydər Əliyev ili” çərçivəsində təşkil edilmiş tədbiri giriş sözü ilə açan Xəzər RİHB-nın müavini Lalə Əhmədova müasir Azərbaycanda qadın siyasətinin müəllifi və banisinin Ümummilli Lider Heydər Əliyev olduğunu, dövlətimiz tərəfindən ölkəmizdə qadınların, xüsusilə şəhid ailələrinin üzvləri olan qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, eyni zamanda qadınlarla bağlı məsələlərin həlli üçün imzalanan mühüm fərman və sərəncamların qadın hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olduğunu bildirib.
   Tədbirdə “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri, eyni zamanda Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəhbəri olan Aytən Həsənova şəhid ailələrini əhatə edən layihənin məqsədindən ətraflı danışaraq, sənətkarlar tərəfindən xalq sənət növlərindən olan qurama sənəti, dulusçuluq, keramika haqqında ətraflı məlumatlar verib.
   Daha sonra qadınlar və uşaqlar arasında xalq sənətkarlığına marağın yaradılması, onların istedad və bacarıqlarının üzə çıxarılaraq peşə yönümündə inkişafına dəstək göstərilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb, İB-in üzvü olan sənətkarlar tərəfindən, eləcə də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət    Peşə Təhsil Mərkəzində hazırlanmış məhsulların incəsənət sərgisi ilə tanış olunub. Şəhid övladları üçün  isə müxtəlif milli suvenirlərin hazırlanması qaydası üzrə ustad dərsləri təşkil olunub.
   Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.

 

Keçidlər