Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda sakinlərlə növbəti səyyar görüş keçirildi

12 oktyabr 2022 | 14:57

  Oktyabr ayının 12-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şağan qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirilib.

   Görüşdə Millət vəkili Rauf Əliyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

   Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikada aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

   Sonra Millət vəkili Rauf Əliyev sakinlər qarşısında çıxış edərək, əhalinin qlobal problemlərinin Milli Məclisin plenar iclaslarında qaldırılaraq onların həlli istiqamətində görülən işlər barədə məlumat verib.

   Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

   Qeyd edək ki, Xəzər rayonunda davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

Keçidlər