Xəzər rayonunda sahibkarlarla görüş keçirilmişdir
Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xəzər rayonu üzrə “KOB Dostu”nun təşkilatçılığı ilə 25 noyabr 2022-ci il tarixdə idxal-ixrac əməliyyatlarını həyata keçirən sahibkarlıq subyektləri ilə görüş keçirilmişdir.
Görüşdə İqtisadiyyat nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Kənd Təsərrüfatı nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin və digər aidiyyəti qurumların struktur bölmələrinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə sahibkarların müraciətləri dinlənilmiş, mövzu ətrafında geniş müzakirələr aparılmış və təkliflərin nəzərə alınması istiqamətində müvafiq işlərin aparılacağı qeyd olunmuşdur.