Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbində "Həyat sizinlə gözəldir" adlı tədbir keçirilib

05 mart 2024 | 08:02

    05 mart 2024-cü il tarixdə Xəzər rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbində "Həyat sizinlə gözəldir" adlı tədbir keçirilib.
    Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Xəzər Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavləri Elşən Qurbanov və Lalə Əhmədova, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Xəzər RİH-in nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
    Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
    Sonra Bakı şəhəri 193 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında “Tıq-Tıq xanım” tamaşası nümayiş olunub.
   Daha sonra 12 nömrəli Xüsusi internat məktəbi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəb arasında əməkdaşlıq əlaqələrinin qurulması, sağlamlıq imkanları məhdud uşaqların digər şagirdlərə inteqrasiya olunması məqsədilə “Qardaşlaşmış məktəblər” müqaviləsi bağlanıb.
   BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və Xəzər RİH başçısının I müavini Elşən Qurbanov uşaqların intellektual inkişafında, dəyərlərə hörmət və vətənpərvərlik ruhunda böyüməsində, onlara Vətən, torpaq sevgisinin aşılanmasında, dünyagörüşlərinin genişləndirilməsində, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında belə fəaliyyətlərin rolunun danılmaz olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, “Qardaşlaşmış məktəblər” müqaviləsi sayəsində hər iki məktəbin pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı xarakter alacaq, məktəblərdə birgə təcrübə və informasiya mübadiləsi aparılacaq.
    Tədbir 193 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Keçidlər