Xəzər rayonunda Qurban bayramı münasibəti ilə bayram sovqatı paylanılıb
Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı respublikanın bütün rayonlarını əhatə etməklə Xəzər rayonunda da hər il ənənəvi olaraq qeyd olunur. Keçirilən tədbirlər Vətən müharibəsi şəhidlərini, qaziləri və rayonda yaşayan aztəminatlı ailələri əhatə edir və onlara daim diqqət və qayğı ilə yanaşılır.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri, qazi və aztəminatlı ailələr ziyarət edilib, onlara bayram sovqatları paylanılıb.
Ziyarət olunan ailələr Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyib, övladlarının xatirəsinin yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətimizin başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.