Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda qarlı hava şəraiti ilə əlaqədar operativ tədbirlər görülüb

27 fevral 2025 | 18:12

    Ölkə ərazisində davam edən qarlı hava şəraiti ilə əlaqədar Xəzər rayonunda qarın yaratdığı problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülmüşdür.

     26 fevral 2025-ci il tarixində axşam saatlarından başlayan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin iştirakı ilə rayon ərazisindəki yollarda və insanların intensiv hərəkət etdiyi yerlərdə gücləndirilmiş rejimdə xidmət təşkil olunmuş, rayonun küçə və prospektlərində, köməkçi yollarda avtomobillərin, səkilərdə insanların rahat, təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qarın təmizlənməsi işlərinə xüsusi texnika və işçi qüvvəsi cəlb edilmişdir.

     Növbəlilik qrafiki əsasında rayon ərazisində məhəllədaxili yolların, səkilərin və çoxmənzilli yaşayış binalarının girişlərinin, həmçinin ictimai-iaşə obyektlərinin, təhsil və səhiyyə ocaqlarının, avtobus dayanacaqlarının ətrafının qardan təmizlənməsi işləri həyata keçirilmiş və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

 

Keçidlər