Xəzər rayonunda qanvermə aksiyası keçirilib
Milli Məclisin deputatı Soltan Məmmədovun təşəbbüsü, Xəzər Rayonu İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Xəzər rayonunda qanvermə aksiyası keçirilib.
Şüvəlan qəsəbəsində yerləşən Mirmövsüm Ağa Ziyarətgahında keçirilən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyanın keçirilməsində məqsəd talassemiya və irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşların, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan ehtiyaclarının təmin olunmasına təmənnasız kömək etməkdir.
Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutub. Qeyd edək ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunur, müayinədən keçirilmiş qanlar talassemiya və irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşların, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.