Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda qanvermə aksiyası keçirilib

18 noyabr 2026 | 18:38

Xəzər Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi Respublika Qan Bankının birgə təşkilatçılığı ilə Xəzər rayonunda qanvermə aksiyası keçirilib.

Xəzər Tibb Mərkəzində keçirilən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd talassemiya və irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşların, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan ehtiyaclarının təmin olunmasına təmənnasız kömək etməkdir.

Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutub. Qeyd edək ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunur, müayinədən keçirilmiş qanlar talassemiya və irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşların, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.

Zəruri həkim müayinəsindən keçdikdən sonra 100 nəfərə yaxın insan qan donoru olmaq üçün yararlı hesab olunub.

Keçidlər