Xəzər rayonunda “Qadınlar mərkəzdə: Qadınlara qarşı gender əsaslı zorakılıq pandemiyasına qarşı mübarizə!” layihəsi çərçivəsində görüş keçirilib
14 noyabr, saat 1100-da Xəzər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə RİH-də yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun sədri Lalə Əhmədova, Monitorinq Qrupunun üzvləri və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun layihə ekspertləri iştirak ediblər. BMT-nin Əhali Fondu və Yaponiyanın Takeda Əczaçılıq şirkətinin maliyə dəstəyi ilə Azərbaycanda 4 il davam etməsi planlaşdırılan layihə özündə qadınlara qarşı gender əsaslı zorakılıqla (GƏZ) mübarizə aparmaq üçün mövcud sistemin qiymətləndirilməsi, onun gücləndirilməsi, GƏZ-lə bağlı maarifləndirmə kampaniyalarının aparılması kimi komponentləri cəmləşdirir.
Görüşün əsas məqsədi hazırkı sistemin güclü və zəif tərəflərinin aşkarlanması, dövlət orqanları arasında koordinasiyanın daha yaxşı təmin olunması ilə bağlı suallara aydınlıq gətirilməsi, əhaliyə daha yaxşı xidmətin göstərilməsi məqsədilə atılacaq addımların müəyyənləşdirilməsidir.
Ekspertlərlə monitorinq qrupunun üzvləri arasında aparılan müzakirələr əsasında Azərbaycanda GƏZ-lə mübarizədə iştirak edən qurumlarda idarəetmə sisteminin qiymətləndirilməsi nəzərdə tutulmuşdur.