Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

25 oktyabr 2024 | 16:26

     2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
     Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Türkan qəsəbəsində keçirilən aksiyada  Rayon  İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
       Aksiya iştirakçıları tərəfindən əkilən ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb, əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.
    Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi  nəzərdə tutulur.

Keçidlər