Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti iməclik keçirilmişdir

15 avqust 2026 | 12:24

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına uyğun olaraq, 15 avqust tarixində Xəzər rayonunda növbəti iməclik təşkil olunub.

Tədbir Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Yaşıllaşdırma Sahəsi, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələrin iştirakı ilə həyata keçirilib.

İməcilik zamanı park və istirahət guşələri, prospekt və küçələr, səki kənarları təmizlənib, alaq otları vurulub, tullantı konteynerləri və meydançaları yuyularaq dezinfeksiya olunub.

Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam etdirilir.

Keçidlər