Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti genişmiqyaslı ümumrayon iməcliyi keçirilib

20 aprel 2024 | 13:52

    Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda təşkil etdiyi ümumşəhər iməciliyi çərçivəsində aprel ayının 20-i səhər saatlarından etibarən Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.
    İməciliyin məqsədi Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi, eləcə də rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.
    İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılıb, parklarda, prospekt və küçələrdə işıq dirəkləri, yol kənarındakı məhəccərlər, abidələr, məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
    Eyni zamanda iməclikdə məhələlərdə, mərkəzi küçə və prospektlərin yol kənarlarında alaq otları təmizlənib, səliqə-səhman işləri aparılıb.
    İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, işləri davam etdirilir.

Keçidlər