Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti genişmiqyaslı ümumrayon iməciliyi keçirilmişdir

02 sentyabr 2023 | 14:51

  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər iməciliyinin keçirilməsi ilə əlaqədar verilmiş tapşırığa uyğun olaraq, sentyabr ayının 2-si səhər saatlarından etibarən Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.
  Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, təhsil, səhiyyə və ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
İməcilik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, köşklər və dayanacaqlar, məişət tullantılarının atıldığı konteyner və meydançalarının ətrafının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülərək, ərazilər ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
  Həmçinin rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları tərəfindən inzibati bina, həyətyanı sahə və ətraf ərazilərdə təmizlik və səliqə-sahman işləri aparılıb.

Keçidlər