Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti əmək yarmarkası keçirilmişdir

12 avqust 2026 | 10:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Xəzər rayonunda növbəti əmək yarmarkası təşkil olunub.

Agentliyin Bakı Regional Məşğulluq filialı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Şüvəlan qəsəbəsində yerləşən Xəzər Gənclər Evində keçirilmiş yarmarkada  işəgötürənlər tərəfindən ümumilikdə 59 vakant iş yeri təqdim olunub.

Vakansiyalara müraciət edən şəxslərə iş yerlərinin tələbləri və işə qəbul qaydaları barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Keçidlər