Xəzər rayonunda "Mini Əmək Yarmarkası günü" təşkil olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən 18 noyabr 2022-ci il tarixində Bakı şəhərinin Xəzər rayonunda "AL Market” MMC ilə birgə "Mini Əmək Yarmarkası günü" təşkil olunmuşdur.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı, Xəzər Rayon İcra Hakimiyyəti və “AL Market” MMC-nin rəhbər şəxsləri, eləcə də digər əməkdaşları iştirak etmişdir. Bakı Regional Məşğulluq filialının müdir müavini Orxan Novruzov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının şöbə müdiri Şahin İskəndərov tərəfindən tədbir iştirakçılarına əhalinin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər və layihələr barədə ətraflı məlumat verilmişdir. Çıxış sonrası Bakı Regional Məşğulluq filialı tərəfindən “AL Market” MMC-nin sosial tərəfdaşlıq münasibətlərində xüsusi fəallıq göstərən əməkdaşlarına təşəkkürnamələr təqdim olunmuşdur. Daha sonra " AL Market” MMC tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 50 sayda boş iş yerləri (əməkhaqqı 445-330 manat aralığında olmaqla) təqdim olunmuşdur.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.