Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda məktəblilərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri keçirilmişdir

04 noyabr 2022 | 16:39

   II ildönümünü qeyd etdiyimiz “Zəfər Günü” ərəfəsində Xəzər rayonunun məktəblərində Qələbəni bizə bəxş edən 44 günlük Zəfər tariximizin canlı qəhrəmanları ilə görüşləri keçirilmişdir. Keçirilən görüşlərdə Vətən müharibəsi iştirakçıları və qazilərlə həmsöhbət olmaq şagirdlərə xoş təəsürat bağışlamışdır.
   Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilmiş, Vətən müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı qeyd edilmişdir. Görüşlər zamanı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan vətəndaşlarımızın, bütövlükdə xalqımızın sarsılmaz əzm və iradə nümayiş etdirməsindən, dəmir yumruq kimi birləşməsindən, Vətən müharibəsində tarixi Zəfəri təmin edilməsindən bəhs edilmişdir.
  Tədbirlərdə çıxış edən Vətən müharibəsi iştirakçıları bildirmişdilrər ki, “XXI əsr müharibəsi” adlandırılan İkinci Qarabağ müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da bu gün qürurla qeyd etdiyimiz Qələbəni Azərbaycanın mərd, cəsur, qorxmaz oğullarının sayəsində qazanmışıq. Çıxış edən qazilər Prezident İlham Əliyevin, həmçinin Azərbaycan xalqının Vətən müharibəsi iştirakçılarına olan diqqət və qayğısını xüsusi vurğulamışdırlar.
   Qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.

Keçidlər