Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda məktəbli gənclərimiz 44 günlük Zəfər tariximizin canlı Qəhrəmanları ilə görüşürlər.

08 noyabr 2023 | 13:41

Şanlı Zəfərimizin III ildönümünü ərəfəsində Xəzər rayonunun təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə görüşlər keçirilmişdir. Görüşlərdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanları keçdikləri çətin, şərəfli döyüş yolundan, qarşılaşdıqları yaddaqalan hadisələrdən, müharibədə şəhid olmuş əsgər yoldaşları barədə və cəbhə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüş, gənclər üçün maraqlı olan suallara aydınlıq gətirmişlər. Həmçinin, bu Zəfəri bizə bəxş edən Qəhrəmanlarımız Zəfər Gününün mahiyyəti barədə şagirdlərə ətraflı məlumat vermişdirlər. Onlar qeyd etmişdirlər ki, mərd, cəsur, qorxmaz oğullarımız Azərbaycanın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanıb daha bir şanlı qəhrəmanlıq salnaməsi yazmaqla, qalib xalq olduğumuzu bütün dünyaya sübut etdi və düşmən üzərində elə bir  tarixi Zəfər çaldı ki, o Zəfər dosta fəxarət, düşmənə göz dağı oldu. Qələbəni bizə bəxş edən igid oğullarımız ilə həmsöhbət olmaq şagirdlərə ruh yüksəkliyi vermişdir.Görüş əsnasında  qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər