Xəzər rayonunda Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində maarifləndirici tədbir keçirilib
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı maarifləndirici tədbir keçirilib.
Xəzər Gənclər evində keçirilən tədbirdə RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun bələdiyyə sədrləri və əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə dünyanın hələ də aktual problemlərindən biri olan korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, iqtisadi və sosial inkişafı ləngitdiyi bildirilib. Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasının təmin edilməsi məqsədi ilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən həmçinin, maarifləndirmə və təbliğat xarakterli tədbirlər davam etdirilib.
Tədbirlər çərçivəsində RİH-nin dəstəyi və təşkilatçılığı ilə maarifləndirici bukletlər (korrupsiya haqqında ümumi məlumatlar, zəruri hallarda istifadə üçün qaynar xəttin əlaqə nömrəsi və s.) hazırlanaraq ictimai yerlərdə əhali arasında paylanmış, eyni zamanda, RİH-nə məxsus sosial şəbəkələr üzərindən paylaşılmışdır.