Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” ilə bağlı təşviqat tədbirləri həyata keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ildə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” edilməsi Azərbaycan dövlətçilik tarixində mühüm bir mərhələdir. Cari il çərçivəsində “Konstitusiya və Suverenlik İli” ilə bağlı Xəzər rayonunda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub və görüləcək işlər barədə tədbirlər planı tərtib olunub.
Tədbirlər planına uyğun olaraq rayonun Mərdəkan qəsəbəsi, mərkəzi S.Yesenin küçəsində, həmçinin Mərdəkan–Buzovna avtomobil yolunun sağ hissəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bannerlər quraşdırılmış, eyni zamanda elektron monitorlarda videoçarxlar nümayiş etdirilmişdir.
Quraşdırılan materiallar və videoçarxlar əhalinin geniş təbəqələrinə çatdırılmış, ölkədə konstitusiya hüquqlarının və dövlət suverenliyinin önəmi barədə məlumatlandırma işləri aparılmışdır.






