Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində dəyirmi masa keçirilib

30 aprel 2025 | 14:00

 
    Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda dəyirmi masa keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri - Aydın Hüseynov, Soltan Məmmədov, Yap Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHB-nın müavinləri, RİH Aparatının şöbə müdirləri və əməkdaşları, idarə və müəssisələrin rəhbərləri iştirak edib.
    Təbdiri giriş sözü ilə açıq elan edən Xəzər RİH başçısı Elşən Salahov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, təkcə hüquq sistemimizə deyil, milli şüurumuza və vətəndaş məsuliyyətimizə verilən yüksək qiymətin göstəricisidir. Bu il ölkəmizin hüquqi və siyasi tarixində mühüm mərhələnin dərinləşdirilməsi, milli dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu mövzu hər birimizin gündəlik həyatına, dövlətlə münasibətlərinə və gələcək nəsillərə qoyduğumuz təməllərə birbaşa aiddir. Konstitusiyamızı qorumaq və suverenliyimizi gücləndirmək hər bir vətəndaşın borcudur. Biz bu prinsipləri yalnız tarix kimi deyil, gündəlik həyatımızda da yaşatmalı, hüquq mədəniyyətimizi inkişaf etdirməliyik. Gələcək nəsillərə daha güclü, ədalətli və azad bir Azərbaycan miras qoymaq üçün birgə çalışmalıyıq.
    Tədbirdə çıxış edən Millət vəkilləri Aydın Hüseynov və Soltan Məmmədov qeyd etdilər ki, tarix boyu xalqımız öz müqəddəratını təyin etmək, azad yaşamaq, milli kimliyini və hüquqlarını qorumaq uğrunda mübarizə aparmışdır. Suverenlik – sadəcə dövlət atributlarının mövcudluğu deyil, xalqın öz gələcəyini azad və müstəqil şəkildə müəyyən etmək haqqıdır. Azərbaycanın müasir tarixində bu anlayış 1991-ci ildə müstəqilliyimizin bərpası ilə yeni mərhələyə qədəm qoydu. Lakin bu suverenliyin tam reallaşması üçün hələ uzun və çətin yol keçmək lazım oldu. Ərazi bütövlüyümüzün təmin olunması, Qarabağın işğaldan azad edilməsi bu yolda ən mühüm dönüş nöqtəsi oldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, hüquqi sistemin təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin gücləndirilməsi bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Bu tarixi uğurların əsasında xalq-iqtidar birliyi, orduya dəstək və vətəndaş həmrəyliyi dayanır. İndi isə bu uğurları möhkəmləndirmək və gələcək nəsillərə daha güclü hüquqi və mənəvi irs ötürmək zamanıdır. Bu proseslərin hüquqi əsasını isə bizim Konstitusiyamız təşkil edir.
     Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Xəyalə Həsənova, Mərdəkan bələdiyyəsinin üzvü, 156 №li tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova öz çıxışlarında vurğulamışlar ki, Konstitusiya – dövlətin əsasıdır. O, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının, ədalətli cəmiyyətin formalaşmasının başlıca təminatıdır. Biz bu gün istənilən sahədə – təhsil, səhiyyə, sosial müdafiə və digər istiqamətlərdə Konstitusiyaya əsaslanan hüquqlarımızdan istifadə edirik. Lakin bu hüquqlarla yanaşı, vətəndaş məsuliyyəti, qanuna hörmət, ictimai həmrəylik və milli birlik də bu sənəddə öz əksini tapır. Həmçinin natiqlər, istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Konstitusiyasının yaranmasında xüsusi xidmətlərinin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Müstəqillik illərinə toxunan çıxışçılar onu da qeyd etdilər ki,  Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni Konstitusiya çoxəsrlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks etdirirdi. Əsas Qanun Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi. Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü ilin sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesində son nöqtəni qoydu.
    Sonda mövzu əsasında şəxsi fikirlərini bölüşən qonaqlar, ömrünü Azərbaycanın müstəqil və suveren bir dövlət kimi yüksəlməsinə həsr edən Heydər Əliyevin xalqın qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.

 

Keçidlər