Xəzər rayonunda iftar süfrəsi təşkil olunub
31 mart 2024 | 15:02
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda iftar süfrəsi təşkil olunub.
30 mart 2024-cü il tarixində rayonun Binə qəsəbəsində keçirilən iftar süfrəsində RİH başçısı Aparatının müavini və şöbə müdirləri, şəhid ailələrinin, aztəminatlı ailələrin üzvləri, qazilər, qəsəbə ağsaqqalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə “Qurani-Kərim”dən ayələr və Ramazan duaları oxunub, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
Məclis iştirakçıları Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.