Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda iftar süfrələri təşkil olunub

14 aprel 2023 | 16:57

  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunda iftar süfrələri təşkil olunub.
  Rayonun Buzovna, Türkan və Binə qəsəbələrində keçirilən iftar süfrələrində şəhid ailələrinin və aztəminatlı ailələrin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə “Qurani-Kərim”dən ayələr və Ramazan duaları oxunub, Ramazan ayının fəzilətləri barədə söhbətlər açılıb.
  Məclis iştirakçıları Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər