Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib

16 mart 2024 | 11:46

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 aprel 2023-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub ki, həmin medala layiq görülənlər arasında Xəzər rayonundan ziyalılarımız da var. Dahi şəxsiyyətin 100 illik yubileyi münasibətilə təsis edilən medala Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsinin təbliğində fəallıq göstərən və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, rayonun sosial-iqtisadi və ictimai həyatında fəal iştirak edən, hazırda təqaüddə olan Ənvər Mustafayev və Altay Mansurov layiq görülüblər.
    Martın 15-də Xəzər Rayon İcra Hakimiyyətində medallar sahiblərinə təqdim edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon    Təşkilatının sədri Namiq Əhmədov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Rayon ziyalılarından Ənvər Mustafayev, Altay Mansurov və aparatın rəhbər işçiləri iştirak ediblər.
   Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunanları təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Bu medalı Xəzər rayonunun ziyalılarına verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirən rayon rəhbəri bu yüksək təltifə və verilən qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
   Dahi rəhbərin 100 illik yubiley medalına layiq görülən digər iştirakçılar çıxış edərək yüksək təltifə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Təltif olunduqları medalın tək öz adlarına deyil, bütün rayon ziyalılarının əməyinə verilən dəyər, qiymət olaraq qəbul edildiyini, Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyətin adı ilə bağlı olan medalla təltif olunmalarına görə özlərini şanslı hesab etdiklərini, bu qürurverici, xoş anları onlara bəxş etdiyinə görə bir daha ölkə başçısına təşəkkürlərini bildiriblər.
   Sonra icra başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalını sahiblərinə təqdim edib, bir daha səmimi təbriklərini səsləndirib və xatirə şəkli çəkilib.

 

Keçidlər